Mübarək həbsxanaya qaytarıldı

mubarek-hebsxanaya-qaytarildi
Oxunma sayı: 637

Yerli mətbuatın verdiyi məlumata görə, ölkənin baş prokuroru Əbdəl Məqid Mahmud bununla bağlı fərman verib. Fərman xüsusi tibbi komissiyanın müayinəsi nəticəsində Mübarəkin səhhətinin normal olması ilə bağlı qərara əsasən qəbul edilib.

Xatırladaq ki, 2011-ci ilin əvvəllərində hakimiyyətə qarşı keçirilən etiraz aksiyaları zamanı etirazçıların öldürülməsinə əmr verməkdə ittiham olunan Mübarək 2 iyun tarxində ittihamların öz sübutunu tapması ilə Misir məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Məhkəmə qərarından sonra səhhəti pisləşən Mübarək dərhal xəstəxanaya yerləşdirilmişdi. Misir mənbələri onun ürək çatışmazlığından əziyyət çəkdiyini qeyd edir. Bir qədər əvvəl isə mübarəkin kliniki ölüm keçirdiyi məlumatı da yayılmışdı.

Onu da qeyd edək ki, Misir Məhkəməsi hazırda Mübarəkin vəziyyəti bir daha pisləşəcəyi təqdirdə onu şərti olaraq azadlığa buraxmaq məsələsini müzakirə edir.