Mübariz İbrahimovla bağlı festivalın səhifəsi oğurlandı

mubariz-ibrahimovla-bagli-festivalin-sehifesi-ogurlandi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, bu haqda məlumatı festivalın icraçı direktoru Ramil Ağasıyev verib. Onun dediyinə görə, sosial şəbəkələrdə festivala olan maraq çox yüksək olub və bu kimlərəsə sərf etməyib: “Festivalın rəsmi facebook səhifəsini 2 həftəyə 500-ə yaxın insan bəyənmişdi. Profilimizin isə 5000 dostu var idi. Qısa müddətdə insanların festivala belə böyük maraq göstərməsi bəzilərini qıcıqlandırdı. Mən həmin insanların kimliyini çox yaxşı bilirəm. Adlarını açıqlayıb onları reklam etmək fikrindən uzağam. Sadəcə həmin şəxslərə demək istəyirəm ki, unutmayın ki, bu festival öz şirin canından vətəni, torpağı naminə keçən, Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunur. Biz də gənclər olaraq vətənimiz üçün xeyirli iş görməyə çalışırıq. Bu işdə bütün gənclərdən dəstək gözləyirik”.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.
Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər. Bu linkə daxil olmaqla səhifəni bəyənə bilərsiniz.

http://www.facebook.com/pages/V%C9%99t%C9%99np%C9%99rv%C9%99rlik-m%C3%B6vzusunda-g%C9%99ncl%C9%99rin-1-ci-%C3%9Cmumrespublika-Teatr-Festival%C4%B1/150902391658527

Səidə