Mübariz Mənsimovdan 500 minlik yardım

mubariz-mensimovdan-500-minlik-yardim-
Oxunma sayı: 2243


Azərbaycanlı iş adamı Mübariz Mənsimov 2 yaşlı Tuanaya kömək əlini uzadıb. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürdüb.

 Balaca körpə valideynləri ilə birlikdə müalicəsini davam etdirmək üçün 2 illik Almaniyaya yola salınıb. Qeyd edək ki, 2 yaşlı Tuana Gülbən Ərgənin Şou TV-də apardığı verilişə qonaq qismində gətirilib və ona kömək lazım olduğu vurğulanıb. Veriliş vaxtı Mübariz Mənsimovun işçisi studiyaya zəng edərək kömək etməyə hazır olduğunu bildirib və uşağın hesabına 500 min avro köçürüləcəyini qeyd edib. 

Gecce.az