Mübariz Mənsimovdan Bakı toplantısı

mubariz-mensimovdan-baki-toplantisi
Oxunma sayı: 640

Bu barədə məlumat "Xəzər Lənkəran" klubuna yaxın olan mənbələrdən Avrofutbol.com-a daxil olub. Məlumata görə, "Palmali" Şirkətlər Qrupunun sahibinin keçirdiyi toplantıda klubdakı vəziyyət müzakirə olunub və heyətin gücləndirilməsi yönündə bir sıra qərarlar verilib. Toplantıda qəbul olunan qərarların nədən ibarət olduğu dəqiq bilinməsə də, o məlumdur ki, qış fasiləsində ispan Bakesin baş məşqçisi olduğu "Xəzər Lənkəran"ın heyətində ciddi dəyişiklik ediləcək.

Qeyd edək ki, Mübariz Mənsimov bir həftədən çoxdur ki, Bakıdadır. Son günlər "Xəzər Lənkəran" rəhbərliyinin mətbuatda görünməməsinin səbəbi də Mübariz Mənsimovun Bakıda olması ilə bağlıdır. Belə ki, "Palmali" Şirkətlər Qrupunun sahibinin Bakıda olması klub rəsmiləri üçün gecə və gündüzü bir edib.