Mübariz Qurbanlı ilk iclasını keçirdi

mubariz-qurbanli-ilk-iclasini-kecirdi
Oxunma sayı: 1201


DQİDK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan  müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.