Mübariz Qurbanlı kilsəyə getdi

mubariz-qurbanli-kilseye-getdi
Oxunma sayı: 1063


“Qafqazinfo”ya daxil olan məlumata görə, konfransdan sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Qəbələ rayonunun Nic qəsəbəsinə gedərək Çotari (Alban-Udi) kilsəsində olublar.

Alban-Udi xristian icmasının sədri Robert Mobili qonaqlara icmanın fəaliyyəti, icma tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, udilərin kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və quruculuq işləri aparılır. 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.