Mübariz Qurbanlı tapşırıqlar verdi

mubariz-qurbanli-tapsiriqlar-verdi
Oxunma sayı: 1010


Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.