Mübariz Qurbanlı yəhudilərlə görüşdü

mubariz-qurbanli-yehudilerle-gorusdu
Oxunma sayı: 747


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə keçirilən görüşdə M.Qurbanlı Avropa Yəhudilərinin sinaqoqu və dini icmanın fəaliyyəti ilə tanış olub.

Dini icmanın fəaliyyəti haqqında məlumat verən icma sədri Gennadi Zelmanoviç həm Dövlət Komitəsi, həm də hökumət tərəfindən dini icmaya göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub. 

M.Qurbanlı isə dinə dövlət qayğısından danışıb. Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. M.Qurbanlı Azərbaycanda insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza  olduğunu və hər bir vətəndaşın etiqad azadlığının dövlətin təminatı altında olduğunu vurğulayıb.