Mübarizlə bağlı status yazan psixoloq məhkəməyə gəlməyib

mubarizle-bagli-status-yazan-psixoloq-mehkemeye-gelmeyib
Oxunma sayı: 1912

Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımına görə məhkəməyə verilən Nərmin Şahmarzadə prosesə gəlməyib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayon məhkəməsinin hakimi Cavid Hüseyn bildirib ki, N.Şahmarzadə məhkəməyə iki məktub göndərib. O, məktubun birində təhlükəsizliyinə təminat olmadığı üçün məhkəməyə gəlmədiyini bildirib.

İkinci məktubda isə iddiaçı tərəfin təqdim etdiyi fikirlərin ona məxsus olmadığını, saxta profillər vasitəsilə yazıldığını, özü isə paylaşımında heç kimi təhqir etmədiyini bildirib və işə xitam verilməsini istəyib.

Qarşı tərəfin vəkili isə çıxış edərək N.Şahmarzadənin məhkəmədən yayındığı üçün barəsində həbs qərarı verilməsini istəyib.

Məhkəmə mayın 22-də davam etdiriləcək. Hakim bildirib ki, əgər N.Şahmarzadə növbəti iclada da gəlməsə, onun barəsində tədbir görüləcək.

Murad Əhməd