“Müdafiə məsələləri ilə bağlı birgə işlərimiz...”

“Müdafiə məsələləri ilə bağlı birgə işlərimiz...”
Oxunma sayı: 625

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:
 
“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
 
Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.
 
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi