Müdafiə naziri futbola gəlir

mudafie-naziri-futbola-gelir
Oxunma sayı: 653

Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib. Qazaxıstan Futbol Federasiyasının prezidenti olan Caksıbekovun Azərbaycana səfərinin başlıca məqsədi "Avro-2012"-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Qazaxstan matçını izləməkdir.

Səfər çərçivəsində Caksıbekovun Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşü də planlaşdırılır.

Lənkəranda təşkil edilməsi planlaşdırılan Qazaxıstan-Azərbaycan oyunu hava şəraiti ilə əlaqədar Bakıda keçiriləcək. Havanın həddən artıq isti keçməsi səbəbindən Lənkəran stadionu yararsız vəziyyətə düşüb və matça qədər bərpa olunması mümkün deyil.
Azərbaycan-Qazaxıstan qarşılaşması sentyabrın 6-da Tofiq Bəhrəmov adına Respublika stadionda keçiriləcək.