Müdafiə naziri istefa verdi

mudafie-naziri-istefa-verdi
Oxunma sayı: 2567


Feldmarşal televiziya ilə xalqa müraciətində Misiri terrorizmdən və qorxu hissindən azad edəcəyinə söz verib. Ancaq o əlavə edib ki, möcüzələr yaratmağa qadir deyil və ölkəni dəyişmək üçün hamı çalışmalıdır.

Müxalif “Müsəlman qardaşlar” hərəkatı feldmarşalın prezident seçkisinə qatılmaq qərarını pisləyib və bəyan edib ki, Əbdülfəttah əl-Sisinin hakimiyyəti heç zaman təhlükəsizlik, sabitlik gətirə bilməz.   

Misir ordusu ötən il iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Hazırda ölkəni müvəqqəti prezident Ədli Mənsur idarə edir. Prezident seçkisi aprelin sonunda keçiriləcək.