Müdafiə naziri səlahiyyətli şəxslərə tapşırıqlar verdi

mudafie-naziri-selahiyyetli-sexslere-tapsiriqlar-verdi
Oxunma sayı: 2595

İyunun 16-da Müdafiə Nazirliyində nazir Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair iclas keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak edib.

Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə  həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

Z. Qaralov Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib.