Müdafiə naziri Suriyayla bağlı çıxış etdi - “Siri” sözünü kəsdi...

mudafie-naziri-suriyayla-bagli-cixis-etdi
Oxunma sayı: 1914

Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson parlament iclasında gülməli vəziyyətlə üzləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Siri” səsli axtarış sistemi nazirin sözünü kəsib. Bu, Uilyamsonu və iclasdakıları xeyli güldürüb. Belə ki, nazir terrorla mübarizədən danışarkən Suriyanın adını çəkib və bu zaman “Siri” işə düşərək ona reaksiya verib. 

Uilyamson gülərək mobil telefonunu cibinə qoyub və “insanın mobil telefonu nadir hallarda onun sözünü kəsir”,-deyib.

Aysel Kərimova