Müdafiə naziri vəzifədən getdi

mudafie-naziri-vezifeden-getdi
Oxunma sayı: 1244


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün axşam saatlarında xüsusi brifinqdə ölkənin baş naziri İrakli Qaribaşvili bəyan edib.  

Qeyd edək ki, qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə amil olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı həmlə adlandırıb.  

Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.