Müdafiə Nazirliyi bəyanat verdi

mudafie-nazirliyi-beyanat-verdi
Oxunma sayı: 1946

Azərbaycan Müdadfiə Nazirliyi cəbhə bölgəsindəki vəziyyətlə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda bildirilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. Belə ki, işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.