Müdafiə Nazirliyində Kanşinlə görüş keçirilib

mudafie-nazirliyinde-kansinle-gorus-kecirilib
Oxunma sayı: 629


“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə əvvəlcə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi barədə məlumat verilib. 

Sonra nümayəndə heyətinin rəhbəri Aleksandr Kanşin qəbula görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını çatdırıb. O, hazırda Komitənin təşkilatçılığı ilə “Müharibələrsiz və hərbi münaqişələrsiz dünya” adlı sənədli filmlər və televiziya proqramları festivalının keçirildiyini və festivala Bakıda yekun vurulması haqda qərar qəbul edildiyini bildirib. 

Müdafiə nazirinin müavini, general-leytenant K.Vəliyev Komitənin fəaliyyətinin xeyirxah məqsəd daşıdığını, onun veteran təşkilatları arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.

 Görüşdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov, Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, ehtiyatda olan polkovnik Cəlil Cəlilov iştirak ediblər.