Müdafiə Nazirliyinin Ermənistana qarşı- - Bəyanatı

mudafie-nazirliyinin-ermenistana-qarsi-
Oxunma sayı: 852


“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən məlumatına görə, bəyanatda deyilir:

“Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür”.