Müəllim məktəbdə xəsarət aldı

muellim-mektebde-xesaret-aldi
Oxunma sayı: 1862

Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 21 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.