Müəllim məktub yazıb damarlarını kəsdi - Qubadakı hoteldə+Foto

muellim-mektub-yazib-damarlarini-kesdi
Oxunma sayı: 670

Quba rayonunda orta məktəb müəllimi intihara cəhd edib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə "Oscar" hoteldə baş verib. 

Belə ki, Qubanın Söhüb kənd orta məktəbinin müəllimi, Şamaxı rayonunun Göylər kənd sakini, 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev məktub yazaraq damarlarını kəsib.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.