Müəllim və dövlət qulluqçuları ilə bağlı sərəncam verildi

muellim-ve-dovlet-qulluqculari-ile-bagli-serencam-verildi
Oxunma sayı: 7301

Prezident İlham Əliyev “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Hacıyev Allahverdi Şəmistan oğlu və Hacıyev Hacan Qulu oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

Prezidentin digər sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Budaqov Tahir Yaqub oğlu və Qəhrəmanova Sədaqət Məmmədyar qızına “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.