Müəllimi ilə evlənən məşhur aktrisa ərindən danışdı

muellimi-ile-evlenen-meshur-aktrisa-erinden-danisdi
Oxunma sayı: 4149


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Cosmopolitan” jurnalına verdiyi müsahibədə aktrisa iki il əvvəl sürpriz bir şəkildə evləndiyi idman müəllimi olan həyat yoldaşı Erdinç Bekiroğlunun hazırladığı evlənmə təklifindən bəhs edib: 

 "Çox qısa müddət idi ki, tanış olmuşduq. Ona görə evlənmə təklifi gözləmirdim. Elə bir fikri olduğunu da hiss etdirmirdim. İzmirdə “Kavak yelleri” çəkilişi davam edərkən tez-tez İstanbula gəlirdim. İstanbulda olarkən mənə hazırlaşmağımı söylədi. Bəzəndim, saçımı, makyajımı etdim. Bahalı bir yerə gedəcəyimizi düşündüm. Məni tanış olduğumuz idman zalına apardı. Yerdə şamlar vardı. Toyumda çalınmasını istədiyim mahnı zalda çalınırdı. Mən şamların arasından keçdim. "Hər şey burada başladı, burada davam etsin istəyirəm” dedi və üzüyü çıxartdı. Mənə sürpriz oldu və ağlamağa başladım". 

Könül