Müəllimlərə 1 milyon “atan” qadının məhkəməsi başladı

Müəllimlərə 1 milyon “atan” qadının məhkəməsi başladı
Oxunma sayı: 1225

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10 nəfərə 1 milyon pul “atmaqda” təqsirləndirilən Vəfa Osmanlının məhkəməsi başlayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ali təhsilli və subay olan V.Osmanlı 1971-ci ildə İmişli rayonunda anadan olub. O, vətəndaşlar - C. Cəbrayılova, K. Cəbrayılova, S. Babayeva, Ş. Hüseynova, A. Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq dövründə V.Osmanlı həbs edilməyib.

Proses noyabrın 17-də davam etdiriləcək.

V.Osmanlı Azərbaycan İqtisad Universitetində tutor işləyib, zərərəçəkənlərin əksəriyyəti də müəllimdir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi