Müəllimlərə Kembric Universitetinin sertifikatları verildi

muellimlere-kembric-universitetinin-sertifikatlari-verildi
Oxunma sayı: 1849

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, universitet müəllimlərinin ingilis dilində dərs demək səviyyələrinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi yönümündə ardıcıl tədbirlər görür.

“Qafqazinfo” xəbər verir ki,  bu məqsədlə 2017-ci ilin sentyabr ayından başlayaraq, AzMİU-nun ingilis bölməsində dərs deyən müəllimləri Cambridge EMI kursu üzrə təhsilə başlayıblar. 11 müəllim 7 ay ərzində universitetdə müasir standartlara uyğun akademik ingilis dili üzrə 8 modullu kursu uğurla tamamlayıb. Eyni zamanda onlar beynəlxalq Cambridge EMI skills sertifikatını əldə ediblər

Lester Universitetinin İngilis dili üzrə təhsil şöbəsinin direktoru Philip Horspool sertifikat alan müəllimlərlə görüşüb, serifikatları təqdim edib və onları maraqlandıran sualları cavablandırıb.