Müəllimlərin elektron ünvanları...

muellimlerin-elektron-unvanlari
Oxunma sayı: 771

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaq. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcək.
İlkin mərhələdə Microsoft korporasiyasının “Təhsildə Əməkdaşlıq” proqramı çərçivəsində Mədəd Azərbaycan təşkilatı ilə birlikdə “Elektron Məktəb” pilot layihəsinə qoşulmuş məktəblərin müəllimləri üçün Live@Edu platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlər keçiləcək.

Sonrakı mərhələdə dövlət proqramı çərçivəsində müəllimlər və inzibati işçilər üçün Mədəd Azərbaycan təşkilatı tərəfindən keçirilən təlimlərdə iştirak edənlər də rəsmi elektorn poçt ünvanı alacaqlar. [email protected] kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün yeni imkanlar yaradacaq. Elektron poçt vasitəsilə müəllimlər öz aralarında əlaqələri daha da genişləndirəcəklər. Vahid elektron poçt ünvanları reyestrinin olması məktəblər, rayon təhsil şöbələri, Təhsil nazirliyi səviyyəsində məlumatlandırmanın sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verəcək.

Microsoft Live@Edu xidməti çərçivəsində Azərbaycan müəllimləri həmçinin fərdi elektron təqvim, şəbəkələşmə, ani ismarıc, 25Gb İnternet sahə və Microsoft Office proqramlar dəstinin online versiyalarını əldə edəcəklər. Burada müəllimlər həm birin-birə, həm qrup şəklində əməkdaşlıq qura biləcək, iri həcmli fayllarla bölüşmək və fayllar üzərində müştərək işləmək imkanı alacaqlar. Son nəticədə bütün müəllimlərin fərdiləşdirici elektron ünvanı olması Azərbaycan təhsil sistemində korporativ münasibətlərin formalaşdırılmana şərait yaradacaq.

Məktəblər öz pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan almaq üçün [email protected] ünvanına müraciət edə bilərlər.

Nigar Məmmədli