“Müəllimlərin həyatının yaxşılaşdırılması üçün köklü islahatlar aparılır”

muellimlerin-heyatinin-yaxsilasdirilmasi-ucun-koklu-islahatlar-aparilir
Oxunma sayı: 1556

"Hesab edirəm ki, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsində neqativ halların olmasıdır. Təəssüf ki, bu sahədə hələ neqativ hallar müşahidə olunur və daha ciddi addımların atılmasına ehtiyac var".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.  

O bildirib ki, valideynlərlə yanaşı insanı həyata hazırlayan ikinci bir şəxs müəllimdir. Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında böyük rol oynayır. 

Hesabatda qeyd edildiyi kimi ölkədə son illər ərzində təhsilin inkişafı üçün əsaslı işlər görülüb. Müəllimlərin həyat səviyyəsinin, məzmun və keyfiyyətin yaxşılaşdırılması baxımından köklü islahatlar aparılır. Təhsil sözün həqiqi mənasında yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Biz gələcəyə baxırıq. İlk növbədə təhsil hədəfinə çatmaq üçün yeni texnologiyalar yaradılmalı və tətbiq olunmalıdır. Elə bir ölkə təsəvvür etmək olmaz ki, özünü elmdən kənarda inkişaf etdirə bilsin. Ölkələr arasında rəqabət mühiti var və qaliblər yeni texnologiyaların, elmin inkişafına böyük sərmayə qoyanlar olacaq. 

Azərbaycan gənc ölkədir və əhali sürətlə artır.  Hesabatlara görə yuxarı ali təhsil səviyyəsinə malik olan şəxslər digərlərinə nisbətən 3 dəfədən yüksək maaş alırlar. Məşgulluğun və həyat səviyyəsinin yüksəldilməsi təhsilin yüksəldilməsindən tam asılıdır. 

Bu gün ölkəmizdə hər bir təhsil alan gənc   öz imkanlarının 60 faizini reallaşdıra bilir, inkişaf etmiş ölkələrdə isə bu rəqəm 75%-dən yüksəkdir”.

Günel Hacı