Müəllimlərin müsahibə mərhələsi başa çatdı

muellimlerin-musahibe-merhelesi-basa-catdi
Oxunma sayı: 850


"Qafqazinfo" xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdı. 12-16 avqust 2013-cü il tarixlərində keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub.

19 avqust 2013-cü il tarixdə saat 10:00-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanmışdır. Vakant yerlərin seçim prosesi 21 avqust 2013-cü il tarixdə saat 18:00-da başa çatdırılacaq. 

Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər.

Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat 21 avqust 2013-cü il tarixdə saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.