Müəllimlərin sentyabr konfransı keçirildi

Müəllimlərin sentyabr konfransı keçirildi
Oxunma sayı: 440

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi konfransı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, şəhər Təhsil şöbəsinin müdiri Ş.Əhmədova “2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yeni dərs ili və Bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edib. Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan T.Qaraşov bildirib ki, təhsilin, elmin inkişafı olmadan heç bir sahədə uğur qazanmağın mümkün olmadığını qeyd edib.

İcra başçısı daha sonra builki qəbul imtahanlarında yüksək bal toplayan bir qrup tələbəyə şəhər İcra hakimiyyətinin Fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi