Müəmmar Qəddafi Şimali Koreyada hələ də sağdır

muemmar-qeddafi-simali-koreyada-hele-de-sagdir
Oxunma sayı: 635

Şimali Koreyanın dövlət başçısı Kim Jonq Liviyada yaşayan vətəndaşlarının geri qayıtmasına qadağa qoyub. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, “Ərəb Baharı”ndan qorxuya düşən diktator Müəmmar Qəddafini devirən üsyançıların “inqilabi fikirlərinin” ölkəsinə gəlib çatmasından narahatdır. Belə ki, Şimali Koreya mətbuatında Qəddafinin ölümü ilə bağlı xəbər hələ də yayımlanmayıb. Liviyada baş verən prosesləri gizli saxlamaq üçün Kim Jonq orada işləyən 200-ə yaxın vətəndaşının geri dönməsinə qadağa qoyub. Bu ölkədə Yaxın Şərq və Şimali Afrikada yaşanan proseslər barədə əhalinin cəmi 1%-i məlumatlıdır.


Səidə