Muğam müsabiqəsinin qalibləri bilindi

mugam-musabiqesinin-qalibleri-bilindi
Oxunma sayı: 4216

Azərbaycan Televiziyasında yayımlanan “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. 

“Qafqazinfo” xəbər verir ki, üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

Müsabiqədə birinci yeri Pərviz Qasımov, ikinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.

Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli müsabiqənin Qran-pri mükafatına layiq görülüb.