Muğamsevərlərə yeni sayt

mugamseverlere-yeni-sayt-
Oxunma sayı: 650

Saytın sentyabrın 15-dək istifadəyə verilməsi gözlənilir. Məlumata görə, sayta daxil olan hər bir kəs Azərbaycan turizmi və mədəniyyəti haqqında ətraflı məlumat əldə edə biləcək. Sayt nəinki Azərbaycanda, ümumiyyətlə, dünya mədəniyyəti və turizmində baş verənləri özündə əks etdirəcək, maraqlı materiallarla zəngin olacaq.

Koalisiyanın digər layihəsi isə Azərbaycan turizminin təbliğinə həsr olunmuş “Ölkəm mənim” adlı mahnının ekranlaşdırılmasından ibarətdir. Azərbaycan mədəniyyətinə, turizminə, həmçinin iqtisadiyyatına həsr olunan klipdə 11 muğam ifaçısı və müğənni təmsil olunacaq. Klip yaxın vaxtlarda musiqisevərlərə təqdim olunacaq.