“Muğanbank” “Bakcell”in “Ulduzum” proqramının partnyoru oldu

muganbank-bakcellin-ulduzum-proqraminin-partnyoru-oldu
Oxunma sayı: 1030

“Muğanbank” ASC “Bakcell” mobil rabitə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bankın Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, əməkdaşlıq müqaviləsi çərçivəsində bütün “Bakcell” mobil rabitə operatorunun “Ulduzum” proqramına qoşulmuş istifadəçilərinə Muğanbankın bütün növ plastik kartları 16.09.2019-cu il tarixindən 15 % endirimlə təklif olunacaq.

Qeyd edək  ki, “Ulduzum”a qoşulmuş müştərilər bankın istənilən filial və ya şöbələrinə yaxınlaşaraq “Ulduzum kodu”nu təqdim edə bilərlər.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.