“Muğanbank” dan “Qarabağ” azarkeşlərinə hədiyyə

muganbank-dan-qarabag-azarkeslerine-hediyye
Oxunma sayı: 1165

“Muğanbank” ASC  “MUĞANBANK”dan dəstək al, “QARABAĞ”a dəstək ol! adlı kampaniyasına start verib.

"Qafqazinfo" xəbər verir ki, qeyd olunan kampaniyadan yararlanmaq istəyənlər “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasında səfər oyunlarının biletini “Muğanbank” ASC-nin bütün şöbə və filiallarına təqdim etməklə, “Muğanbank” ASC-nin məhsulu olan “Visa Gold” və ya “Mastercard Gold” plastik kartına pulsuz sahib ola bilərlər.    

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasında səfər qarşılaşmaları 31.10.2017 ("Atletiko" - "Qarabağ"), 05.12.2017 ("Roma" - "Qarabağ") tarixlərində baş tutacaq.

Kampaniya 05.12.2017-ci il tarixinə kimi qüvvədədir.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl   facebook səhifəsinə keçid ala bilərsiniz.