Muğanbank kapital bazasını gücləndirir

Muğanbank kapital bazasını gücləndirir
Oxunma sayı: 501

23 oktyabr 2017-ci il tarixində, “Muğanbank” ASC Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 10 mln AZN artırılması qərara alınıb.

"Qafqazinfo" xəbər verir ki, yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 75 mln AZN-dən 85 mln AZN-ə çatdırılacaq. Kapitallaşma bankın davamlı və səmərəli fəaliyyətini daha da genişləndirəcək. 

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi