Muğanbankın 25-illiyi ərəfəsində “İsmayıllı” filialının yeni binası açıldı - Fotolar

Muğanbankın 25-illiyi ərəfəsində “İsmayıllı” filialının yeni binası açıldı
Oxunma sayı: 390

2017-ci il “Muğanbank” ASC üçün əlamətdar ildir. “Muğanbank” ASC yaradılmasının 25-ci ildönümünü qeyd edir. Azərbaycanın aparıcı banklarından olan “Muğanbank” ASC 25 ildir ki, ölkəmizin maliyyə bazarında səmərəli fəaliyyət göstərir. 25-illik fəaliyyəti dövründə bank biznesini şəffaf şəkildə həyata keçirməsi və maliyyə bazarında möhkəm mövqeyi “Muğanbank” ASC-yə ölkənin stabil banklarından biri olmağa imkan verib.

"Qafqazinfo" xəbər verir ki, “Muğanbank” ASC ölkəmizin paytaxtı və regionlarını əhatə edən geniş filial şəbəkəsinə malikdir. Bankın Respublika üzrə 42 filialı və 9 şöbəsi  müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bank, xidmət səviyyəsini daha da yüksəltmək və inkişaf strategiyası çərçivəsində qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. Filial şəbəkəsinin optimallaşdırılması və müştərilərin rahatlığını təmin etmək məqsədilə bank 25-illik yubileyi ərəfəsində müştərilərini sevindirərək 2006-cı ildən fəaliyyət göstərən “Ismayıllı” filialını yeni, daha müasir binaya köçürmüşdür. Bundan sonra “Ismayillı” filialı Babək küçəsi, 15 A ünvanında ikimərtəbəli, daha əlverişli və geniş bir məkanda müştərilərin xidmətində olacaqdır. Filialda müştərilərə əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri kimi geniş çeşiddə bank məhsulu və xidmətləri təklif olunur.  

“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.  İşgüzar əlaqələrin əsas məqsədi beynəlxalq kapital bazarından cəlb edilmiş maliyyə vəsaitlərini yerləşdirmək, ölkəmizdə kiçik və orta biznesin formalaşması prosesinə davamlı olaraq töhfə verməkdir.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi