Müğənni Bengü ana olacaq

mugenni-bengu-ana-olacaq
Oxunma sayı: 1588

Türkiyəli müğənni Bengü İnstaqram hesabında hamilə olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, iş adamı Selim Selimoğlu ilə ötən il ailə quran sənətçi hamiləliyinin 16-cı həftəsində olduğunu bildirib.

“Sanki bu yaşıma qədər yaşadığım bütün hisslər mənim üçün bomboşdur. Çoxlu sevinc, həyəcan, narahatçılıq, maraq- hamısı bir-birinə qarışıb”.