“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu axşam yayımlanacaq proqramda Emrah Bayam adlı yarışmacının səsləndirdiyi “Kaçak” mahnısı məşhur müğənnini göz yaşlarına boğub.
Qeyd edək ki, Kiprdən İstanbula gələn Salinin yolu burada futbolçu Hamit Altıntopla kəsişmiş, sevgililər “Bu şehirde buldum buğday ellerini” deyə başlayan "Kaçak"ı eşqlərinin mahnısı elan etmişdi. Ayrıldıqdan qısa müddət sonra Altıntopun nişanlandığını öyrənən Sali "Bu mahnı mənim üçün çox özəldir, ürəyimi ağrıdan bir mahnıdır" deyə ağlamağının səbəbini açıqlayıb.