Müğənni klipini təqdim etdi

mugenni-klipini-teqdim-etdi
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, Habil ötən gün medianı başına toplayaraq söz və musiqisi Tural Cavadova məxsus olan “Dön” adlı mahnısına çəkdirdiyi klipin təqdimatın keçirdib. Aranjemanı Fərid Ağa, rejissorluğu isə Cavidə aid olan mahının sözləri Türkiyə türkcəsindədir. Məlumat üçün bildirək ki, bu klip uzun fasilədən sonra Habilin sənətə qayıdışında ərsəyə gətirdiyi ilk işidir.

“Qafqazinfo”ya açıqlamasında müğənni deyib: "Ailəmizdə faciə yaşandığı üçün 2 il sənətdən uzaq düşdüm. Gücümü toparladım və doğmalarımın, dostlarımın sayəsində yenidən geri dönməyi bacardım. İnşallah, bundan sonra səhnədə məni hələ çox görəcəksiniz".

Qeyd edək ki, təqdimata Habili sənətçi dostları da tək buraxmayıb. Onların arasında müğənni Eldəniz Məmmədov, Xatun, Günay İbrahimli, prodüser Təranə Səmədova və yaxınları iştirak edib.