Müğənni növbəti dəfə ərə gedir

mugenni-novbeti-defe-ere-gedir
Oxunma sayı: 2780


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı yaxın dostlarını iftar üçün Portaxe adlı məkana dəvət edib. İddiaya görə, məşhur müğənni qonaqlarına sürpriz edəcək və gecədə sevgilisi Serkan Kodaloğlu ilə nikah masasına oturacaq. Uzun illər birlikdə olduğu və 2008-ci ildə evləndiyi Can Tanrıyardan qalmaqallı şəkildə boşanan Dinçözün maqazin dünyasının yaxından tanıdığı iş adamı, daha əvvəl müğənni Hatice və oyunçu Esra Sönmezerlə eşq yaşayan, Qalereya İrfan Home Mağazalar şəbəkəsinin idarə heyəti başçısı Serkan Kodaloğlu ilə nikah masasına oturacağı bildirilir. Ailələrini və yaxın dostlarını iftar bəhanəsiylə məkana dəvət edən cütlük onlara böyük bir sürpriz edəcək və onların şahidliyi ilə nikah dəftərini imzalayacaq.