Müğənni otel açılışında - Fotolar

mugenni-otel-acilisinda-fotolar
Oxunma sayı: 754

“Qafqazinfo”nun məlumatına görə, memarlıq üslubu ilə diqqəti cəlb edən, Türkiyənin məşhur markası “Divan group”a daxil olan “Divan Express Baku” oteli açlışında iştirak edən Aşıq Əli və Zamiq Hüseynov tədbiri öz çıxışları ilə daha da maraqlı ediblər. Açılışda ifaçılarmızla yanaşı iş adamları və Türkiyə səfirliyinin nümayəndəsi də iştirak edib.

Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub.
Tikintisinə 2010-cu ildə başlanılan oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapıb. Oteldə yüksək kateqoriyalı 62 geniş otaq, eləcə də fitnes-SPA mərkəzi, bar, sauna, buxar, türk hamamları ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb.

Aynur Babayeva