Müğənni qəza törədib hadisə yerindən qaçdı - - Video

mugenni-qeza-toredib-hadise-yerinden-qacdi-
Oxunma sayı: 5413


Paytaxtın Nəsimi rayonu ərazisində müğənni Elton Hüseyinəliyev yol qəzası törədib. 

“Qafqazinfo” “Salam Azərbaycan” verilişinə istinadən xəbər verir ki, hadisə Ceyhun Hacibəyli və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə Elton idarə etdiyi BMW markalı minik avtomobili ilə dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən maşını yol kənarındakı səkilərə çırpıb. 

Nəticədə maşının ön hissə və yarasız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü müğənni Elton Hüseynəliyev olub. Maşını səkilərə çırpan mügənni özü avtomobilini ərazidə qoyaraq hadisə yerindən uzaqlaşıb.