Müğənni rejissoru həbs etdirir - Qərar verildi

mugenni-rejissoru-hebs-etdirir
Oxunma sayı: 2048

Türkiyəli rejissor Erol Köse barəsində həbs qərarı çıxarılıb.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, o, müğənni Gülben Ergenin şikayəti əsasında həbs ediləcək.

E.Köse 2017-ci ilin noyabrında verilişlərdən birində G.Ergenin şəxsi həyatına müdaxilə etdiyi səbəbilə məhkəməyə verilmişdi. Bu səbəbdən məhkəmə rejissorun müğənniyə 3 ay yaxınlaşmaması barədə qərar çıxarmışdı.

G.Ergen bu yaxınlarda bildirib ki, E.Köse qərar riayət etmir və onu sosial mediada təhqir etməyə davam edir. Dünən Ergenin növbəti şikayəti əsasında məhkəmə prosesi keçirilib və Köseyə 3 günlük həbs cəzası verilib.

Qərarın nə zaman icra ediləcəyi bilinmir.