Müğənni seriala çəkilir

mugenni-seriala-cekilir
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumata görə, bu dəfə cəzibədar müğənni özünü aktyor kimi sınamağa qərar verib. Belə ki, müğənni tezliklə “Space” telekanalında yayıma başlayacaq “Tək olanda qorxma” adlı serialda rol alıb.

Serialda həmçinin Rüfət Məmmədov, Nailə İslamzadə, Levent Taşçı, Ayşad Məmmədov, Nuridə Əhmədova, Abbas Qəhrəmanov, Aydın Əliyev, Məhərrəm Əliyev, Kəmalə Hüseynova və Vidadi Həsənov kimi tanınmış aktyorlar rol alıb.

Serialın ssenari müəllifi Eyyub Qiyas, baş prodüsseri Kamil Haqverdiyev, icraçı prodüsseri Arzu Qulamov, rejissorları Nadir Diridağlı, Asif Rəhimov, operatoru isə Elçin Əliyevdir.
Serialın bədii rəhbəri, tanınmış rejissor, “Space” telekanalının rəhbəri Vaqif Mustafayevdir.

Çəkilişlər Şamaxıda, İsmayıllıda və İstanbulda baş tutub.

Aynur B.