Müğənni vəfat edən dayısına mahnı həsr etdi

mugenni-vefat-eden-dayisina-mahni-hesr-etdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, müğənni İlahə İbadovanın mahnıya müraciəti uzun illərə söykənir. Amma daxilindəki nisgili onabu nəğməni göz yaşları içində səsləndirməyə vadar edib. Səntçi nəhayət, mahını lentə yazdırmağa qərar verib və onu geniş publika ilə bölüşəcək. Onu kövrəldən səbəb isə əzizinin itgisidir: “Dayım bu mahnını bəlkə də, canından çox sevərdi. Söz vermişdim ki, bir az böyüyüm mahnını onun üçün yazdıracam. Cavan idi. Onu günahsız öldürdülər. Hadisə dayımın toyuna 4 gün qalmış baş verdi. Bu itgi bütün bir nəsilə dağ oldu. Mahnını uzun zamandan sonra hazırlayıram. Həmin nisgil ifamda yəqin ki, özünü göstərəcək”.

Onu da deyək ki, sənətçi Ruslan Səfəroğluya məxsus yeni mahnı hazırlayır. Bu günlərdə Türkiyədə aranjeman olunub gələn mahnı studiyada lentə yazılır.

İlahənin yenilikləri repertuar üzərində bitmir. Müğənni konsert layihəsinin həllinə çalışır. Bunda başqa onun həmkarları ilə işbirliyi də olacaq.