Müğənnilərə "bayquş" dedi

mugennilere-quotbayqusquot-dedi
Oxunma sayı: 1642


Axşam.az-ın məlumatına görə, özünü şou-biznes nümayəndəsi hesab etməyən sənətçi “ATV maqazin” verilişinə açıqlamasında həmkarlarının ünvanına qalmaqallı sözlər deyib. 

O, bir çox müğənniləri səsi olmamaqda, bayquş kimi oxumaqda ittiham edib:

“Mən şou-biznes nümayəndəsi deyiləm, musiqiçiyəm. Bayquş kimi oxuyan müğənnilərə demək istəyirəm ki, bəsdirin, çəkilin kənara. İcazə verin, bir az da bülbül kimi səsi olanlar oxusun. Elə muğam ifaçısı var ki, xalq artistidir, amma səhnədə səsi çıxmır, oxuya bilmir, bayquş kimi ulayır. Qalmaqal sevmədiyimdən kiminsə adını çəkmək istəmirəm. Amma hamı yaxşı bilir ki, bu sözlər kimə aiddir. Son on ildə ortaya çıxan müğənnilərdə səs yoxdur”.