Müğənniləri əsəbiləşdirən sual- - Kim dedi ki, ödəmirik...

mugennileri-esebilesdiren-sual-
Oxunma sayı: 3413


“Qafqazinfo”nun bir neçə müğənni arasında apardığı kiçik sorğunu sizə təqdim edirik:

Xatirə İslam: “Mən heç vaxt toy qiymətimi deməmişəm, pul haqda danışmaq tərbiyəsizlikdir. Vergini vaxtı vaxtnda ödəyirəm. Qiymət açıqlaya bilmərəm. Xarici sənətçilər vergi pulunu açıqlayır. Bizdə də bu ənənə yaransa, mən də ödədiyim verginin miqdarını açıqlayacam”.

“Şeron” qrupunun üzvü Ülvi: “Vergini vaxtı-vaxtında ödəyirəm. Qazandığımız məbləğə uyğun vergi ödəyirik. Bütöv toyu 4 min manata idarə edirik”.

Nüşabə Ələsgərli: “Təbii ki, vergini vaxtında ödəyirəm. Vergi elə bir şeydir ki, onu camaata açıqlamaq olmur. Ona görə məbləği açıqlaya bilmərəm. 2014-cü il üçüm toy qiymətini qaldırmışam. Bütöv toyu 7 min manata aparıram, yarımsaat üçün 2500 qonorar alıram”.

Rəqsanə İsmayılova: “Həm Azərbaycanda, həm də Rusiyada ən çox el şənliklərinə dəvət olunan sənətçilərdənəm. Yarım saat üçün toy sahibi mənə 3500 manat ödəyir. Vergi ödəmək hər bir vətəndaşın borcudur. Vaxtında vergimi ödəyirəm. Məbləğ açıqlaya bilmərəm, vergi işlərimlə prodüserim məşğul olur”.

Ayan Babakişiyeva: “El şənliklərinə yarımsaatı 2000-2500 manata gedirəm. Hazırda başım övladıma qarışıb, toya getməyə vaxtım yoxdur. Ödədiyim verginin miqdarını açıqlaya bilmərəm. Qazandığım məbləğə əsasən vergi ödəyirəm”.

İradə İbrahimova: Türkiyədə yaşadığım üçün Azərbaycanda çox toyda iştirak edə bilmirəm. Toy sahibi yarımsaat üçün 3 min, bütöv toy üçün 10 min manat ödəyir”. 

Özünü Nadir Qafarzadənin köməkçisi kimi təqdim edən şəxs isə müğənninin toylarının sayının azaldığını bildirib: “O qədər dedilər ki, Nadir ən çox toya gedən müğənnidir, göz dəydi. Daha toy yoxdur, Nadir bəy ayda bir-iki toya gedir. Toya hansı qiymətə getdiyini açıqlaya bilmərəm, gərək özündən soruşum. Vergiləri isə vaxtında lazımi qədər ödəyir.

Müğənni Elza Seyidcahan yas mərasimində olduğu üçün danışa bilmədiyini bildirib.

Gənc müğənni Yaşar Cəlilov: “Biz vergini hər üç aydan bir ödəyirik. Gəlir hesablanır, ona uyğun nə ödəmək lazımdırsa, ödəyirik. Həmçinin Dövlət Sosial Müdafiə fonduna da ödəniş edirik. Vergi ilə bağlı heç bir problemimiz yoxdur, bütün sənədlərimiz, ödəməmiz qaydasındadır. Bütöv toy üçün 4 min, yarımsaat üçün min iki yüz manat qonorar alıram”.

Könül