Müğənnimizə Türkiyədən dəvət

Müğənnimizə Türkiyədən dəvət
Oxunma sayı: 160

“Qafqazinfo”nun məlumatına görə, Zəka Zeynalovun klipi beş türkdilli dövlətdə yayımlanan kanalda nümayiş olunub. «Yeni ulduz» finalçısı Zəka Zeynalovun «Ölüb-ölüb dirilirəm» klipi Türkiyənin ünlü TMB (Türkiyə Musiqi Birliyi) kanalında yayımlanmağa başlayıb.

Qeyd edək ki, TMB beş türkdilli dövlətdə yayımlanır. Bu kanalda sayılıb-seçilən və qeyri-adi ifa tərzi ilə diqqət çəkən türkdilli dövlətlərin müğənnilərinin klipləri yer alır. Müğənninin verdiyi məlumata görə, TMB-də nümayişdən sonra gənc azərbaycanlı müğənni ünlü türk musiqi şirkətlərindən dəvətlər alıb. Səsi və ifası ilə türk muzik şirkətlərinin diqqətini çəkən Zəka təklifləri dəyərləndirəcəyini bildirib: «Doğrusu, klipimin belə uğur qazanması gənc azərbaycanlı müğənni olaraq məni çox sevindirdi. Bu klipin yayımından sonra Türkiyənin tanınmış musiqi şirkətlərindən əməkdaşlıq təklifləri aldım. Artıq bu istiqamətdə işə başlamaq niyyətindəyəm. Çünki Azərbaycan musiqisinin ölkəkənarında tanınması, təbliği və təmsil olunması mənim çoxdankı arzum idi. Sadəcə, bu əməkdaşlıqla bağlı müqavilənin şərtlərini götür-qoy edirik. Əgər şərtlər bizi qane etsə, yaxın zamanlarda əməkdaşlıq baş tutacaq».

Aynur Babayeva


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi