Müğənnini təhqir etdi, həbs cəzası aldı

mugennini-tehqir-etdi-hebs-cezasi-aldi
Oxunma sayı: 1783

Türkiyəli müğənni-aparıcı Seda Sayanı atasının ölümündə günahkar bilərək “qatil” adlandıran Dəniz Tuna haqqında həbs qərarı çıxarılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, hadisə ötən ilin iyununda baş verib.

Belə ki, Seda Sayanın sahibi olduğu “Etiler Şamdan” adlı gecə klubunu kirayə işlədən Mehmet Tuna 8 ay kirayə pulunu ödəməyib. Buna görə də müğənni kirayəçi ilə müqaviləsi olmasına baxmayaraq məkanı boşaltdırıb.

Həmin ərəfədə səhhəti ilə bağlı müalicə alan Mehmet Tuna məkanı geri almaq üçün müğənnini məhkəməyə verib. Məhkəmə prosesi davam edərkən isə M.Tuna vəfat edib.

İş adamının qızı Dəniz Tuna atasının ölümündə Seda Sayanı günahkar bilərək onun haqqında “Atamın qatili” ifadəsini işlədib. Bu iddianı qəbul etməyən ifaçı qarşı tərəfi məhkəməyə verib. Məhkəmə isə Dəniz Tuna haqqında 14 ay həbs qərarı çıxarıb.