Müğənninin çəkdiyi rəsm 10 minə satıldı - Foto

Müğənninin çəkdiyi rəsm 10 minə satıldı
Oxunma sayı: 1293

Amerikalı müğənni Britni Spirsin çəkdiyi rəsm əsəri 10 min dollara satılıb.

“Qafqazinfo” “spletnik.ru”ya istinadən xəbər verir ki, ifaçı çəkdiyi rəsm Las-Veqasda təşkil olunan auksionda satılıb.

“Vegas cares” ("Veqas qayğıya qalır") adlı xeyriyyə hərracında yığılan pullar şəhərdə baş vermiş terrorda həlak olan və yaralıların ailələlərinə göndərilib.

Sözügedən əsəri maqazin jurnalisti Robin Linç 10 min dollara alıb.

Bundan əlavə ifaçının konsert turu çərçivəsindən qazandığı puldan 1 milyon dollarını Texasın uşaqlarda xərçənglə mübarizə  fonduna köçürüb.

Xatırladaq ki, Las-Veqas şəhərində oktybarın 3-də baş erən silahlı insident zamanı 59 nəfər ölmüş, 515 nəfər isə yaralanmışdı.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi