Mühafizəçini öldürənlər ifadə verdi

Mühafizəçini öldürənlər ifadə verdi
Oxunma sayı: 688

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikinti şirkətinin mühafizəçisini öldürməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, 2017-ci ildə paytaxtın Nəsimi rayonunda Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlk olaraq onun avtomobillə vurulması barədə məlumat yayılıb və ölümlə nəticələnən yol qəzası törətmək, hadisə yerindən qaçmaq maddələri ilə cinayət işi açılıb. Lakin kameralara baxış zamanı hər hansı yol qəzası qeydə alınmayıb.

Buna görə də araşdırmalar qətlə motivi üzərində davam etdirilib. Nəticədə məlum olub ki, 2 nəfər naməlum şəxs tikinti şirkətindən oğurluq etmək istəyərkən S.Mehdiyevin müqaviməti ilə üzləşiblər. Bu zaman onlar arasında əlbəyaxa dava düşüb. Bu münaqişə də təhlükəsizlik kameralarında lentə alınıb. Həmin 2 şəxs Samiri döyərək öldürüblər. 

Araşdırmalarla həmin şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayan Rəşad Həsənov və Aftandil Məmmədov olduğu müəyyən edilib. 

İttihama münasibət bildirən R.Həsənov özünü təqsirli bilmədiyini, A.Məmmədov isə qismən təqsirli bildiyini deyib.

İşə yeni qoşulan vəkil Ülkər Yusifova cinayt işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Proses martın 7-də davam etdiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi